İnsanlara hürriyət, millətlərə istiqlal!

İrana uçan Rusiya hərbi təyyarəsi ilə bağlı ŞOK İDDİA - GPS-i bilərəkdən...

1051 04.08.2024 17:45 Region A A

CNN xəbər verir ki, Rusiya bilərəkdən nəqliyyat təyyarəsinin GPS-ini işə salıb və İrana avadanlıq göndərib.

Musavat.com xəbər verir ki, məlumatı “Azad İran” telegram kanalı yayıb.

Qeyd olunub ki, Rusiyanın məqsədi dünyaya İranın müttəfiqi olduğunu göstərmək olub.

Xatırladaq ki, dünən Rusiyanın hərbi silah daşıyan GLX təyyarəsi Tehrana eniş edib.

Bununla bağlı iranlı jurnalist Əmir İbrahimi “X” hesabında paylaşım edib:

“Silah və hərbi texnikanın daşınmasında aktiv fəaliyyət göstərən Rusiyanın “Gelix” aviaşirkətinə məxsus “İl-76” hərbi-nəqliyyat təyyarəsi ilk dəfə Moskvadan Tehrana uçuş marşrutunda görüntülənib”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR