İnsanlara hürriyət, millətlərə istiqlal!

Yıldız Tilbedən Gülşənə dəstək: "Onların özünü həbs etmək lazımdır"

684 28.08.2022 15:43 Şou-biznes A A

Türkiyənin məşhur ulduzu Yıldız Tilbe sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Musavat.com bildirir ki, sənətçi digər həmkarları kimi üç gün öncə həbs olunan müğənni Gülşənin həbsinə öz etirazını bildirib.

Yıldız Tilbe qanunla sənətçilərin toxunulmaz elan edilməsini istəyib:

"Hər kəs ağzından çıxan səhv sözə görə həbs edilsə, ölkədə adam qalmaz. Hər məktəbdən alim də, axmaq da çıxıb. Gülşənə gələnə qədər nələr oldu, nələr. Milli Məclisdəkilərin özünü həbs etmək lazımdır: orada hər şey - bütün dəyərlər təhqir olunur. Sənətçilər qanunla toxunulmaz elan edilsin. Onlar dünya zibilliyinin brilliantlarıdır, qaranlıq dənizlərin işığıdır. Hər dəfə başqa bəhanələrlə həyatlarına müdaxilə edilməsin".

Xatırladaq ki, Türkiyənin məşhur sənətçisi Gülşen Çolakoğlu “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir” sözlərinə görə həbs olunub. Sənətçinin vəkilləri ötən gün Ali Məhkəməyə müraciət edərək sənətçi barəsində çıxarılan qərara etiraz edib.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR