İnsanlara hürriyət, millətlərə istiqlal!

Yevlax dialoqu bizə bunları QAZANDIRDI

2078 21.09.2023 15:53 Siyasət A A


“Bəziləri Yevlax görüşünün həlledici olduğunu bildirir. Yevlaxdakı dialolq sadəcə bir mərhələdir”.

 Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Musavat.com-a açıqlamasında bildirib.

23 saatlıq antiterror tədbirləri haqqında danışan ekspert deyib ki, Azərbaycan birinci atəş nöqtələrini sıradan çıxardı və tamamilə təsirsiz vəziyyətə gətirdi: “Bunun arxasınca quru qoşunlarının fəaliyyətə başlaması məsələsi gündəmə gəlir. O mərhələyə keçid dönəmində təslim oldular. Beynəlxalq hüquq deyir ki, silahını yerə qoyub təslim olan şəxsləri dərhal humanitar hüquq nəzarətə götürür və onlara qarşı digər alternativlər, yəni  hərbi alternativlər istifadə oluna bilməz. Və onlar hüququn işə düşdüyü dairəyə daxil oldular. Bu mənada yaşayış məntəqələrinə daxil olmadıq. Azərbaycan Prezidentinin birinci missiyası öz vətəndaşını qorumaqdır. O vətəndaşını qorumaqla bərabər çalışır ki, daha az itki ilə prosesi başa çatdırsın. Ona görə belə yol seçildi. Hər halda, bu gün Yevlax danışıqları sadəcə bir mərhələdir. Bəziləri həlledici olduğunu deyir, amma belə deyil. Burada onlara qrafik veriləcək, hansı bölgədə yerləşə biləcəklər, hansı səlahiyyətləri olacaq. Bütövlükdə hansı mərhələlər üzrə təhvil veriləcək. Silahlar, terrorçular, onlara aid hüquq və azadlıqlar müəyyən olunacaq”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR