İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda moped sürücüsünün öldüyü qəzaya aydınlıq gətirildi - VİDEO

478 01.08.2024 20:55 Hadisə A A

Avqustun 1-də saat 04:30 radələrində paytaxtın Xətai rayonunda mopedlə Hunday markalı avtomobilin toqquşması nəticəsində ölüm hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən moped oğurluqlarına qarşı keçirilən tədbirlər çərçivəsində dövlət qeydiyyat nişanı olmayan, təhlükəli manevrlər edən mopedə “saxla” işarəsi verilib. “Saxla” işarəsinə məhəl qoymayan moped sürücüsü hərəkətini davam etdirərək Hunday markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində mopedin sürücüsü paytaxt sakini N.Mirzəyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR