İnsanlara hürriyət, millətlərə istiqlal!

52 yaşlı aktrisa gənc görünməyin sirrini açıqladı - FOTOLAR

593 01.08.2024 21:07 Maraqlı A A

"Modern Family" serialı ilə tanınan, dəfələrlə "Emmi" və "Qızıl Qlobus" mükafatlarına namizəd olan 52 yaşlı aktrisa Sofiya Verqara ilk dəfə gözəllik sirlərini bölüşüb.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, milyonlarla gözəllik qaydasının olduğunu etiraf edən aktrisa əsasən iki sirrinin onun üçün önəmli olduğunu bildirib. O, günəşin il boyu təsirli olduğu Cənubi Amerikada yaşadıqdan sonra bunun əhəmiyyətini indi daha yaxşı anladığını qeyd edib.

"90-cı illərdə üzümüz üçün günəş kreminin nə qədər vacib olduğunu anlamağa başladım. Biz il boyu yalnız günəşin olduğu Cənubi Amerikada yaşayırıq. Eyni zamanda həmişə yatmazdan əvvəl üzümü yuyuram. Düzünü desəm, bədənimə xüsusi diqqət yetirmirəm, çünki bir az günəş, qaralma hiss etmək gözəldir. Lakin üzümə həqiqətən də, ayrıca qayğı göstərirəm", - Verqara bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR