İnsanlara hürriyət, millətlərə istiqlal!

Yermak Zelenskinin sülh planından DANIŞDI: "İyulda..."

407 26.05.2023 13:18 Siyasət A A

Ukrayna Prezidenti Ofisinin rəhbəri Andriy Yermak sülh danışıqlarından bəhs edib.

Yermak bu gün sülh zirvəsinə ehtiyacın olduğunu vurğulayıb:

“Bu həqiqəti hamı başa düşür. Eyni zamanda hər kəs Ukraynanın sülh planını tamamilə məntiqli və ədalətli arqument kimi qəbul edir. Söhbət Prezident Zelenskinin on bəndlik təklifindən gedir. İndi Ukraynanın mövqeyi aydındır. Lakin biz suverenliyimizə və ərazi bütövlüyümüzə hörmət edən bütün ölkələri dinləməyə hazırıq”.

Yermakın sözlərinə görə, Ukrayna sülh sammitinin tez bir zamanda keçirilməsini istəyir: “İyul ideal olardı. Hazırda bununla bağlı məsləhətləşmələr davam edir. Sammitdə çoxlu sayda iştirakçının olacağını gözləyirik”.

Xatırladaq ki, Zelenskinin Ukrayna üçün təklif etdiyi on bəndlik sülh planı belədir:


1. Radiasiya və nüvə təhlükəsizliyi
2. Qida təhlükəsizliyi
3. Enerji təhlükəsizliyi
4. Bütün məhbusların və deportasiya edilənlərin azad edilməsi
5. Ukraynanın ərazi bütövlüyünün bərpası və Rusiyanın bunu bir daha təsdiq etməsi
6. Rusiya qoşunlarının çıxarılması və hərbi əməliyyatların dayandırılması, Ukraynanın Rusiya ilə dövlət sərhədlərinin bərpası
7. Ədalətin bərpası, o cümlədən Rusiyanın hərbi cinayətləri ilə bağlı xüsusi tribunalın yaradılması
8. Ekosidlərin qarşısının alınması
9. Münaqişənin eskalasiyasının qarşısının alınması
10. Müharibənin başa çatmasının təsdiqi, o cümlədən iştirakçı tərəflər tərəfindən imzalanmış sənəd.//Sfera.az 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR