İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni “Zorro” filmi çəkiləcək

664 01.09.2022 17:06 Şou-biznes A A

“Zorro” haqqında yeni serial çəkilir. Serialın rejissoru “Netflix”də yayımlanan məşhur “La casa de papel”in rejissoru Xavyer Quintasdır.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, serialın prodüseri Karlos Portela “Zorro Productions”ın qurucusu, “Zorro maskası” və “Zorro əfsanəsi” filmlərinin prodüseri Con Gertz ilə birlikdə işləyir.

Serial ABŞ-da “Amazon Prime Video”da, “Mediawan Hüquqları Qrupu” tərəfindən beynəlxalq səviyyədə yayımlanacaq.

Serialda hadisələr 1830-cu ildə Los-Ancelesdə baş verəcək və əsl adı olan Kaliforniya qəhrəmanı Don Dieqo de la Veqanın hekayəsindən bəhs edəcək. O, atasını öldürən şəxsi tapmaqda qərarlı olacaq və onun taleyini həmişəlik dəyişəcək ailə sirlərini kəşf edəcək.

Qeyd edək ki, serialda baş rolu 25 yaşlı ispan aktyoru Migel Bernardeau oynayacaq.

Hələlik serial çəkiliş mərhələsindədir və onun yayımlanma tarixi açıqlanmayıb.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR