Metapnevmovirus (HMPV) xəstəliyinin yayılma tempi artır.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, müxtəlif ölkələrdə infeksiya dalğaları haqqında məlumatlar gəlməkdədir. Bəzi mənbələr metapnevmovirusun ölüm səviyyəsinin 43%-ə çatdığını bildirirlər.
Rusiyanın N.İ.Pirogov adına Tibb Universitetinin yoluxucu xəstəliklər və epidemiologiya kafedrasının müdiri, professor Vladimir Nikiforov açıqlamasında deyib ki, bu, doğru deyil:"Müasir pandemiyalarda ölüm göstəricisi 7%, COVID-19-da isə 2-3% təşkil edirdi. 50% və ya buna yaxın ölüm göstəricisi yalnız Ebola qızdırmasında müşahidə olunur. Əgər metapnevmovirusun ölüm göstəricisi həqiqətən 43% olsaydı, biz artıq karantində olardıq".
Professor "metapnevmovirusun yayılması niyə belə böyük əks-səda yaradıb" sulaına belə cavab verib:“Hazırda mən belə təəssüratdayam ki, bu metapnevmovirus başqa viruslarla assosiasiya olunur, yəni xəstələrdə təkcə metapnevmovirus deyil, həmçinin digər viruslar da birgə təsir edir. Məsələn, COVID-19 və metapnevmovirus, metapnevmovirus və rinovirus və sair. Əvvəllər belə qarışıq infeksiyalar olmurdu, amma indi onların var olduğunu söyləyirlər. Bu da xəstəliyin qeyri-adi və daha ağır keçməsinə səbəb olur ki, bu da yaxşı hal deyil”, – professor qeyd edib.
Afaq,
Musavat.com