Fransa prezidenti Emmanuel Makronun reytinqi azalmaqda davam edir və son altı ilin ən aşağı səviyyəsinə çatıb.
Bu barədə “La Tribune Dimanche” qəzeti üçün keçirilən Ipsos-un sorğusuna əsasən məlumat yayılıb.
Yanvarın 12-də dərc edilən sorğunun nəticələri göstərir ki, Fransa liderinin reytinqi 2024-cü ilin noyabrı ilə müqayisədə iki pillə azalaraq 21%-ə düşüb. Beləliklə Makronun bəyənmə reytinqi ən aşağı nöqtəyə çatıb.
Məlumata görə, Makronun bəyənmə reytinqi 12 bal aşağı düşüb.//APA