İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Kaledoniyada "Dəmir Yumruq" şüarı altında növbəti etiraz aksiyası keçiriləcək

546 31.03.2024 13:34 Son xəbər A A

Aprelin 2-də Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı növbəti etiraz aksiyası keçiriləcək.

Aksiya "Dəmir Yumruq" şüarı altında baş tutacaq və etiraz mitinqində “Bakı Təşəbbüs Qrupu”nun bayrağı qaldırılacaq.

Qeyd edək ki, Yeni Kaledoniyada avtoxton əhali - Kanak öz hüquqları uğrunda mübarizəni davam etdirir. Son vaxtlarda keçirilən bütün etiraz aksiyalarında Azərbaycana minnətdarlıq əlaməti olaraq Yeni Kaledoniya bayraqları ilə yanaşı, Azərbaycan bayraqları və dövlət başçısı İlham Əliyevin "Dəmir Yumruq" portretini qaldırır.

Martın 28-də baş tutan sonuncu aksiyada etirazçılar Azərbaycanın dövlət atributunu ön cərgədə daşıyıb, tribunaya sancıblar. Hətta bəzi aksiya iştirakçılarının əynindəki köynəklərin üzərində Azərbaycan və kanak bayraqları olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR