İnsanlara hürriyət, millətlərə istiqlal!

Yazıçı Boris Akunin və həyat yoldaşının hesabları bloklanıb

325 27.02.2024 14:30 Dünya A A

Rusiya Federasiyasında xarici agent elan olunan, terrorçu və ekstremistlər siyahısına daxil edilən yazıçı Boris Akuninin və onun həyat yoldaşının 6 milyon rublluq hesablarına 2024-cü il iyunun 14-dək həbs qoyulub.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya mediası Basmannı məhkəməsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Ehtimal olunur ki, bu vəsaitlər cütlük tərəfindən “cinayətlər törətməkdə” və Böyük Britaniyada yaşamaq üçün istifadə edilib.

Bundan əvvəl Akunin Rusiyada barəsində həbs qərarı çıxarılmasını bir fincan qəhvə içərkən öyrəndiyini söyləyib.

Fevralın 6-da Moskvanın Basmannı məhkəməsi Akuninin (əsl adı Qriqori Çxartişvili) barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. Onun həbs müddəti saxlanıldığı andan və ya yazıçı Rusiya Federasiyasına ekstradisiya edildiyi halda Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verildiyi andan hesablanacaq.

2023-cü ilin dekabrında Boris Akunin Ukrayna prezidenti Vladimir Zelenski ilə danışdığını düşünərək prankerlər Vovan və Lexus ilə söhbət edib. Dialoq zamanı o, Ukrayna ordusunun Krıma raket zərbələri endirməsini haqlı adlandırıb.

Ondan sonra Boris Akuninin kitablarının nəşri yasaqlanıb, bu əsərlər əsasında hazırlanan tamaşalar ləğv olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR