İnsanlara hürriyət, millətlərə istiqlal!

Xamenei İsrailə birbaşa zərbələr endirmək əmri verdi

616 01.08.2024 00:09 Dünya A A

İranın Ali Rəhbəri Əli Xamenei Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbələr endirmək əmri verib.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

“İranın Ali Rəhbəri ayətullah Əli Xamenei Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İrana İsrailə birbaşa zərbələr endirmək əmri verib”, – qəzet əmr barədə məlumatlı üç İran rəsmisinə istinadən bildirib.

Məlumata görə, Xamenei əmri İranın Haniyənin öldürüldüyünü elan etməsindən qısa müddət sonra çərşənbə günü səhər İran Ali Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasında verib. İkisi “Sepah” üzvü olmaqla məlumatı qəzetə ötürən şəxslər “ictimaiyyət qarşısında çıxış etmək səlahiyyəti olmadığı üçün adlarının açıqlanmamasını istəyiblər”.

Xatırladaq ki, Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Haniyənin İranda öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası (TŞ) iyulun 31-də (Bakı vaxtı ilə avqustun 1-də) fövqəladə iclas keçirəcək.

İ.Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR