İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın məşhur hotelində qadın vəhşicəsinə döyüldü

798 31.07.2024 22:38 Hadisə A A

Qusar rayonunda fəaliyyət göstərən “Qala” hotelində həyat yoldaşı tərəfindən döyülən 39 yaşlı qadın xəsarət alıb.

“Report” xəbər verir ki, bir neçə gün öncə Qusar rayonunda yerləşən “Qala” hotelinə istirahətə gedən 1985-ci il təvəllüdlü Ş.B. əri tərəfindən döyülüb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona baş və bədənin çoxsaylı hematoması diaqnozu qoyulub. İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Qeyd edək ki, hadisəni “Report”a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qurumunun baş inspektoru polis baş leytenantı Xəyal Talıbov təsdiqləyib. Qurumdan bildirilib ki, bu barədə Qusar RPŞ-yə məlumat daxil olub və hazırda RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR