İnsanlara hürriyət, millətlərə istiqlal!

Haniyənin qətli qaz bazarını da “vurdu”: Qiymətlər bahalaşır...

284 31.07.2024 23:22 Dünya A A

HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra Yaxın Şərqdə gərginliyin artması qaz bazarında da qiymətləri bahalaşdırıb.

Musavat.com London ICE birjasının məlumatlarına istinadən xəbəır verir ki bugünkü hərraclarda Avropada qazın qiyməti iyundan bəri ilk dəfə min kubmetr üçün 400 dolları ötüb.

Hollandiyanın TTF qovşağında sentyabr fyuçerslərinin qiyməti 401 dollardan bir qədər çox olub. Qiymətləri artıran digər amil tələbin artması göstərilir. Belə ki, Aİ elektrik enerjisi istehsalında külək istehsalının payı iyul ayında 12 faizdən azdır və Avropaya LNG axınları minimum və orta səviyyədən təxminən üçdə bir qədər azdır. Tələbatın artmasına bölgədə havaların isti keçməsi də təsir edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR