İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da neft və benzin ehtiyatları yenə azaldı

196 31.07.2024 23:36 Dünya A A

Ötən həftə ABŞ-da kommersiya neft ehtiyatları 3,44 milyon barrel azalaraq 433,05 milyon barrelə düşüb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı ölkənin Energetika Nazirliyi həftəlik hesabatında açıqlayıb.

Hesabata görə, benzin ehtiyatları 3,66 milyon barel azalaraq 223,76 milyon barel təşkil edib. Kommersiya distillat ehtiyatları isə 1,53 milyon barel artaraq 126,85 milyon barelə çatıb.

Mütəxəssislər neft ehtiyatlarının 1,1 milyon barrel, benzin ehtiyatlarının 1,29 milyon barel, distillat ehtiyatlarının isə 900 min barrel azalacağını gözləyirdilər.

Qeyd edək ki, artıq 5-ci həftədir ki, ABŞ-da neft ehtiyatlarında azalma qeydə alınır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR