İnsanlara hürriyət, millətlərə istiqlal!

F-16-lar Ukraynada - YENİ DETTALLAR

601 31.07.2024 22:56 Dünya A A

NATO müttəfiqlərindən F-16 qırıcılarının ilk partiyası Ukraynaya çatdırılıb.

Musavat.com xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd edilir ki, hələlik verilən təyyarələrin sayı “az”dır. Mənbələrə görə, son aylar Qərbdə təlim keçən ukraynalı pilotların dərhal döyüş təyyarələri ilə uçmağa başlaya biləcəkləri, yoxsa prosesin daha uzun çəkəcəyi bəlli deyil.

Bloomberg Kiyevə F-16-ları göndərən qırıcıların sayını və ölkələrin adını açıqlamayıb. Agentlik F-16-nın təhvil verilməsini bir ildən çox vaxt aparan “çoxdan gözlənilən addım” adlandırır.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Qərb ölkələrinin Kiyevə vəd etdiyi F-16-ların hələ də gəlmədiyini bildirmişdi. İyulun 10-da Ağ Evin mətbuat xidməti Danimarka, Hollandiya və ABŞ liderlərinin Ukraynaya F-16 qırıcılarının verilməsi planları barədə birgə bəyanatını yayıb. ABŞ prezidenti Co Bayden deyib ki, NATO müttəfiqləri “Ukraynalı pilotların bu ilin yayında F-16-lardan istifadə etməsini” təmin etmək üçün çalışırlar. Zelenski daha sonra Polşa ilə bu qırıcıların Ukraynaya çatdırılmasını sürətləndirəcək razılaşmanı açıqlayıb.

Qeyd edək ki, bir çox Qərb mənbələri Ukraynaya ilk F-16-ların ABŞ-dan çatdırıldığını bildirirlər. Ağ Evin sözçüsü Con Kirbi ABŞ-ın Ukraynaya F-16-lar göndərdiyinə dair məlumatı təsdiqləməkdən imtina edib. Eyni zamanda o, qeyd edib ki, Vaşinqton Kiyevin yayın sonuna qədər Qərbdən aldığı F-16 qırıcılarından istifadə etməyə başlaya biləcəyinə şübhə etmir: “F-16-ların Ukraynaya çatdırılması prosesi irəliləyir, biz onların yayın sonuna kimi istifadəyə veriləcəyini söylədik, buna şübhə etmək üçün heç bir əsasımız yoxdur”.

Ukrayna mətbuatı isə F-16-lardan hələlik hava hücumlarından müdafiə məqsədilə istifadə olunacağını yazır. Bildirilir ki, qırıcılar Ukraynanın mühüm obyektlərinə atılan raketləri vuracaq.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR