İnsanlara hürriyət, millətlərə istiqlal!

Yardımlıda 60 yaşlı qadını baltalayan şəxsin istintaqı başa çatıb

573 20.10.2022 09:35 Kriminal A A

Yardımlıda qadını qətlə yetirməkdə təqsirləndirilən Firqət Məstiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cəlil Nəbiyevin icraatına verilib.

Qeyd edək ki, iyulun 6-ı saat 22 radələrində Yardımlı rayonu, Ostair kənd sakini 1962-ci il təvəllüdlü Gülxar Məmmədovanın yaşadığı evin həyətyanı sahəsində yerləşən ərzaq mağazasında üzərində qətl əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1985-ci il təvəllüdlü Firqət Məstiyevin qeyd edilən tarixdə Gülxar Məmmədovaya məxsus ərzaq mağazasına daxil olub əlindəki balta ilə sonuncunun baş və boyun nahiyələrinə xəsarətlər yetirərək onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Firqət Məstiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR