İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyada nazir müavini 680 dollara görə istefaya getməli olub

447 01.02.2024 13:31 Dünya A A

Yaponiyanın baş naziri Fumio Kişidanın hökumət kabinetindəki iki nazir müavini hakim partiyanın üzləşdiyi maliyyə qalmaqalı fonunda istefa verib. Bir məmur cəmi 680 dolları öz deklarasiyasında göstərməyib, amma yenə də hökuməti tərk etməli olub. Çünki gəlirin gizlədilməsi Yaponiyada böyük qəbahət sayılır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, nazir müavinləri Takio Kamori və Ryuse Kato diqqətsizlik üzündən “yanıblar”. Onların hər ikisi Liberal Demokrat Partiyasının (LDP) ən nüfuzlu fraksiyasına daxildir. Bu fraksiyaya sui-qəsdə məruz qalaraq həlak olan hökumət başçısı Şinzo Abe rəhbərlik edirdi.

“Japan Times” nəşrinə görə, populyarlıq reytinqinin aşağı düşdüyü bir vaxtda Kişida partiyasının nüfuzlu şəxsləri ilə vidalaşamağa məcbur olub.

Parlamentin iclasında çıxış edən baş nazir deyib: “Siyasi sabitlik olmadan siyasi qərarları həyata keçirmək mümkün deyil. Amma vətəndaşların etimadı olmadan siyasi sabitliyə nail olmaq da mümkün deyil”.

O, siyasi partiyaların subsidiyalaşdırılması qaydalarına əməl olunmasını bərpa edəcəyinə və onların şəffaflığına nail olacağına söz verib. Kisidanın fikrincə, partiyalardakı qruplaşmaların təsiri altında olan siyasətə son qoyulmalıdır. Amma o, müxalifəti qətiyyən razı sala bilməyib. Müxalifətçilər qışqıraraq baş nazirin çıxışını yarımçıq kəsiblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR