İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalıda tarixi görüş, dialoqun iki mühüm nəticəsi

1411 01.03.2023 15:08 Gündəm A A

“Xankəndi-Laçın yolunda keçirilən aksiyanın dayandırılacağını düşünmürəm. Aksiya yeni münasibətlər yaradır”.

Musavat.com xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Xocalıda keçirilən görüşü şərh edərkən bildirib.

88064.jpg (18 KB)

O qeyd edib ki, formatın dəyişilmə ehtimalı var: “Hər gün separatçılar Ermənistan nöqteyi-nəzərindən yeni postulatlar və arqumentlər yaradır. Təsir mexanizmi kimi davam etməsi məqsədəuyğundur, lakin formatda dəyişiklik ola bilər”.

Ekspert hesab edir ki, təmasların başlaması Rusiyanın Azərbaycana sülh müqaviləsi ilə gəlməsinin tərkib hissəsidir:

“Vardanyanın istefası bu istiqamətdə görülən işlər çərçivəsində ilk faktor oldu. İkinci faktor isə bu gün başlayan dialoqdur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında sərhəd-keçid məntəqələrinin yaradılmasıyla bağlı texniki problemlər olduğunu bildirmişdi. Təmasların başlaması Lavrovun səfərinin tərkib hissəsi idi. Görüşdə terrorçular deyil, müharibə cinayətləri törətmiş şəxslər iştirak edib. Reinteqrasiya üzərindən başlayan prosesin davamında bölgəyə böyük tərkibdə komissiya gedəcək. Eyni zamanda ictimai rəy üzərində iş gedir. Növbəti mərhələdə Ermənistandan işığın, qazın verilməsi dayandırılacaq”.

Qeyd edək ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib. Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmasları davam etdiriləcək.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR