İnsanlara hürriyət, millətlərə istiqlal!

Xırdalanda müəllimlərə qızıl hədiyyə edilməsi barədə RƏSMİ AÇIQLAMA - VİDEO

788 12.06.2023 17:43 Son xəbər A A

Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhəri 9 saylı məktəbin birinci sinif şagirdlərinin valideynlərinin “Əlifba bayramı”nda müəllimə qızıl qolbaq hədiyyə etməsi barədə yayılan görüntülərə münasibət bildirib.

Musavat.com xəbər verir ki, idarədən oxu.az-ın sorğusuna cavab olaraq məsələ ilə bağlı araşdırmanın davam etdirildiyi bildirilib:

“İlkin məlumat belədir ki, həmin hədiyyə sırf valideynlərin istəyi əsasında verilib. Bu hadisə dərsdən kənar vaxtda olub. Bundan məktəb rəhbərliyi və müəllim xəbərdar olmayıb. Valideynlərdən də izahat alınıb. Onlar da müəllimi müdafiə edərək, bunun özlərinin istəyi ilə olduğu və müəllimin günahının olmadığını bildiriblər”.

Qeyd edək ki, Xırdalan şəhəri 1 və 9 saylı məktəbdə valideynlər müəllimə qızıl qolbaq, sırğa, üzük hədiyyə ediblər.

Bu paylaşım sosial şəbəkə izləyiciləri tərəfindən sərt tənqidə səbəb olub. Müəllimlərin bu kimi “şirinlik” adı altında rüşvət almaları iddia edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR