İnsanlara hürriyət, millətlərə istiqlal!

"Xəzər dənizi ortaq dəyərimizdir" - Baş Prokuror

512 04.04.2024 10:27 Siyasət A A

"Rusiya Federasiyasının Baş prokuroru İqor Viktoroviç Krasnovun təşəbbüsü ilə 2021-ci ilin 7 iyul tarixində Sankt-Peterburq şəhərində keçirilmiş görüşdə “Xəzəryanı dövlətlərin baş prokurorlarının Xəzər dənizində ətraf mühitin mühafizəsi və təbii resurslardan istifadə sahəsində əməkdaşlıq haqqında Bəyannamə”si imzalanıb. Həmin sənəd növbəti görüşlərin və qarşılıqlı səmərəli əməkdaşlığın əsasını müəyyən edib. 2022-ci ilin 27-28 iyul tarixlərində növbəti dəfə Rusiyanın Həştərxan şəhərində beştərəfli formatda Baş prokurorluqların nümayəndələrinin Xəzər dənizi hövzəsində baş verən hüquq pozuntuları, o cümlədən cinayətkarlıqla mübarizə məsələlərinin müzakirəsinə həsr edilmiş görüşü keçirilib". 

Musavat.com xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev deyib.

Baş Prokuror vurğulayıb ki, müasir dövrdə qlobal ekoloji problemlərin aktuallığı daha da artıb:

"Bu səbəbdən də dünya dövlətləri bu istiqamətdə öz səylərini səfərbər ediblər. Xəzər dənizi bizim dövlətlərin ortaq dəyəridir, tarixən bizim xalqlarımızın inkişafında öz rolunu oynayıb. Onun təbiətinin mühafizəsi və biomüxtəlifliyinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi bizim mənəvi borcumuzdur. Əminəm ki, bu gün aparılacaq qarşılıqlı müzakirələr regionumuzda ətraf mühitin mühafizəsi, ələlxüsus da cinayətkarlığa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi baxımından faydalı olacaq, bu sahədə gələcək əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəkdir".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR