İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəstəxanaya hücum edən Vətən müharibəsi iştirakçısı saxlanılıb

700 13.12.2022 11:03 Hadisə A A

Gəncədə xuliqanlıq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Musavat.com-a bildirib ki, Oxan Mustafayev gecə saatlarında nənəsinə tibbi yardım üçün çağırışa gəlmiş Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasının (TTYS) əməkdaşı ilə heç bir əsas olmadan mübahisə edərək onun sifət nahiyəsinə yumruqla zərbələr vurub.

“O, müxtəlif xəsarətlər yetirdikdən sonra TTYS-nın inzibati binasına gələrək, nalayiq ifadələr işlətməklə səs-küy salmış, şəxslər üzərində zor tətbiq etmək hədəsi ilə üzərində gəzdirdiyi bıçaqla stansiyada qeydiyyatçı işləyən xanımı itələyib, əlində olan bıçaqla onu öldürməklə hədələyib, bıçaqdan silah qismində istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri edib”, - Eşqin Qasımov deyib.

Baş inspektor Orxan Mustafayevin saxlanıldığını, onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq) maddəsi ilə cinayət işinin başlandığını, araşdırmaların davam etdirildiyini vurğulayıb.

Qeyd edək ki, Orxan Mustafayev Vətən müharibəsi iştirakçısıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR