İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəstəxanaya gələn kuryer dəhşət saçdı - 4 mühafizəçini bıçaqladı, bir qadının əlini sındırdı VİDEO

1103 15.10.2022 14:17 Kriminal A A

İstanbulda xəstəxanaya gələn kuryer lazım olan sənədləri ala bilmədiyi üçün mübahisə etdiyi 4 mühafizəçini bıçaqla yaralayıb.

Musavat.com xəbər verir ki, hadisə Sarıyer Seyrantepedəki Şişli Hamidiye Etfal Təhsil və Araşdırma Xəstəxanasında baş verib.

Dava anları kameralara əks olunarkən, hadisə zamanı qadının sağ əlini sındıran kuryer polis tərəfindən yaxalanıb.

Alınan məlumata görə, motosiklet kuryeri Semih K axşam saatlarında xəstəxanaya gəlib. Həmin şəxsin lazım olan sənədləri ala bilməyəcəyi barədə məlumat aldıqdan sonra o, özəl təhlükəsizlik işçiləri ilə mübahisə etməyə başlayıb.

Qəfil baş verən davada bıçaq çıxaran Semih K. 4 xüsusi mühafizəçini müxtəlif yerlərindən yaralayıb. Dava zamanı bir qadının sağ əli sınıb. Dava anları saniyə-saniyə təhlükəsizlik kameralarına əks olunarkən, hadisədən sonra hadisə yerinə gələn Sarıyer Rayon Polis Şöbəsi polisləri tərəfindən əlləri qandallanan şəxs nəzarətə götürülüb. 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR