İnsanlara hürriyət, millətlərə istiqlal!

Xərçənglə bağlı ŞOK statistika: Xəstəliyə bu da SƏBƏB olurmuş

723 11.06.2026 12:29 Səhiyyə A A

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilk dəfə diaqnoz qoyulan xəstələrin 6 787-si kişi, 8 357-si isə qadın olub. (mənbə:modern.az)

Ayrı-ayrı lokalizasiyalar üzrə ilk dəfə qeydə alınan xəstələrin sayı ağız boşluğu və udlaq xərçəngi üzrə 237, dodaq xərçəngi üzrə 21, qida borusu xərçəngi üzrə 463, mədə xərçəngi üzrə 1 392 nəfər təşkil edib.

Bundan başqa, düz bağırsaq, onunla siqmavari bağırsağın birləşməsi və anus nahiyəsinin bədxassəli yenitörəmələri ilə bağlı 832, qırtlaq xərçəngi üzrə 199, traxeya, bronx və ağciyər xərçəngi üzrə 1 480, süd vəzisi xərçəngi üzrə 2 928, dərinin melanoması üzrə isə 47 nəfər ilk dəfə qeydiyyata alınıb. Bu göstəricilər hər gün orta hesabla 41 nəfərə xərçəng xəstəliyi diaqnozu qoyulur.

Komitədən verilən məlumata əsasən, 2025-ci ildə tibb müəssisələrində qeydiyyatda olan bədxassəli yenitörəməli xəstələrin ümumi sayı 74 004 nəfər olub. Qeydiyyatda olan xəstələrin 28 026-sı kişi, 45 978-i qadındır. Yaş qrupları üzrə qeydiyyatda olan xəstələrin 952-si 0-17 yaş, 1 603-ü 18-29 yaş, 5 797-si 30-39 yaş, 32 452-si 40-59 yaş, 33 200-ü isə 60 və yuxarı yaş qrupuna aid olub.

Göründüyü kimi, hər gün orta hesabla 41 nəfərə xərçəng diaqnozu qoyulub. Statistikaya görə, ən çox süd vəzi, ağciyər və mədə xərçəngi qeydə alınıb.

Bunun əsas səbəbləri nədir? Yaş qrupları üzrə xəstələrin böyük hissəsinin 40 yaşdan yuxarı olması nə ilə izah edilir?

1759925019_d22e60fe-1d17-434b-8a4b-d09ca41d290f.jpeg (77 KB)

Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov Musavat.com-a deyib ki, onkoloji xəstəliklərin sayı həm ölkəmizdə, həm də bütün dünyada gündən-günə artır, bu xəstəlik həm cavanlaşır, həm də çox sürətlə yayılır:

“Böyük Britaniyada aparılmış son araşdırmaya görə, hər 86 saniyədən bir insana xərçəng diaqnozu qoyulur ki, bu da vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Avropa və ABŞ alimlərinin apardığı tədqiqatlar da sübut edir ki, onkoloji xəstəliklərin bu qədər sürətlə artmasının 50-60 faizi birbaşa qidalanma faktoru ilə bağlıdır. İkinci sırada isə tütün məmulatlarından və alkoqoldan geniş istifadə edilməsi dayanır. Uşaqlar arasında fast-food qidalardan, çips, kolbasa və sosiska məhsullarından kütləvi istifadə olunması da bu xəstəliklərin artmasına gətirib çıxarır. Əgər əvvəllər ağciyər xərçənginə daha çox kişilərdə rast gəlinirdisə, son 5 ildə aparılmış statistika artıq bu xəstəliyin gənc qızlar arasında da sürətlə yayıldığını göstərir. Bunun da əsas səbəbi qızlar arasında elektron siqaretlərdən və qəlyanlardan geniş istifadə olunmasıdır. Bu vərdiş həm ağciyər, həm süd vəzi, həm də uşaqlıq boynu xərçənginin yaranmasını tətikləyir. Eyni zamanda alınan travmaların, yüksək stress faktorunun, şüalanmanın və şəhərdə maşınların sayının həddindən çox olması nəticəsində yaranan zəhərli tüstünün də gənclər arasında onkoloji xəstəliklərin artmasında böyük rolu var”.

Onkoloqun sözlərinə görə, hətta son 6 ayda Bakıda və ümumən Azərbaycanda gənclərin psixi sağlamlıq durumu ilə bağlı aparılmış araşdırma da təsdiqləyir ki, stress faktorunun çox olması xərçəng xəstəliklərinin sürətlə baş qaldırmasına birbaşa təsir göstərən əsas amillərdən biridir.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR