İnsanlara hürriyət, millətlərə istiqlal!

Xərçəng xəstələrinin dərmanlarını satıb yerinə su dolduran dəstə yaxalandı - FOTOLAR

4062 05.03.2023 02:02 Hadisə A A

İstanbulda bir xəstəxanada oğurladıqları bəlli olmasın deyə su ilə doldurduqları dərmanları sataraq təxminən 5 milyon lirəlik dələduzluq edən şəxslər yaxalanıb. 

Musavat.com xəbər verir ki, yaxlanan şəxslər arasında səhiyyə işçilərinin də olduğu 5 nəfər tutulub.

İstanbul Polis İdarəsi və İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyasında aparılan araşdırmalar zamanı bir xəstəxananın onkologiya şöbəsində kimyaterapiya alan xərçəng xəstələri üçün hazırlanan dərmanlar əvəzinə su vurulduğu müəyyən edilib.

Dəyəri 10 ilə 90 min lirə arasında olan həqiqi dərmanların isə satıldığı ortaya çıxıb.

Nəzarətə alınan şübhəlilərə aid aptek, ev və avtomobillərdə aparılan axtarışlar zamanı 4 min 401 dollar, 30 avro, 70 min 435 lirə və 222 qutu xərçəng xəstələri üçün hazırlanan dərman ələ keçirilib. 

Musavat.com

Kanser ilaçlarının yerine su doldurup gerçeklerini satan şüpheliler yakalandı

Kanser ilaçlarının yerine su doldurup gerçeklerini satan şüpheliler yakalandı

Kanser ilaçlarının yerine su doldurup gerçeklerini satan şüpheliler yakalandı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR