İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndiyə ermənilərin QAYIDIŞ ŞƏRTİ - Bu hal baş verərsə... - ŞOK GƏLİŞMƏ

3257 23.07.2024 08:00 Gündəm A A

Paşinyan hökumətinin tənqidçiləri qərbi azərbaycanlıların doğma torpaqlarına dönməsi üçün razılaşma olduğundan şübhələnirlər

Qarabağdan könüllü olaraq köçmüş ermənilər mövzusunu Qərbin bəzi dairələri, xüsusilə ABŞ və Fransa kimi ölkələrin rəsmi şəxsləri hələ də gündəmə gətirməkdə, Azərbaycanı əsassız ittiham etməkdə davam edirlər. Şuşadakı media forumda Azərbaycanın dövlət başçısı da bu barədə verilən suala ətraflı cavab verib. 

Prezident İlham Əliyev deyib ki, ermənilərin Azərbaycan ərazisində hansı şərtlər daxilində - vətəndaşlığı qəbul edəcəkləri təqdirdə qala biləcəkləri qeyd olunub və bunu necə etməyin qaydası, iş və yaşayış icazəsinin alınması şərtləri göstərilib: “Yəni başqa ölkənin vətəndaşının digər ölkədə daimi yaşaya bilməsinin hər hansı başqa forması, sadəcə olaraq, mövcud deyil. Bundan da imtina edildi.  O vaxt bizim nəzarətimizdə olmayan Qarabağda yaşayan erməni millətindən olan vətəndaşların təhlükəsiz həyatını təmin etmək baxımından biz mümkün qədər konstruktiv idik. Sentyabrın 20-də biz nəzarəti bərpa edərək separatizmə son qoyanda yenə erməni əhalisinin nümayəndələri ilə bir neçə görüş keçirildi, amma yenə də nəticə əldə olunmadı. Bu dediklərim bizim məsələyə olan yanaşmamız haqqındadır. Təbii ki, biz Ermənistan hökuməti tərəfindən də eyni yanaşmanı gözləyirik”. 

Dövlət başçısı deyib ki, Ermənistan hökumətindən  Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar, yaxud oradan didərgin salınanların övladları və nəsilləri öz tarixi torpaqlarına necə qayıda və həmin yerlərə gedə bilərlər, yaxud həmin torpaqlarda necə yaşaya bilərlər sualına aydın cavab gözləyirlər: “Üstəlik, bizdə olan kifayət qədər mötəbər məlumatlara görə, azərbaycanlıların yaşadığı kəndlərin 90 faizində indi həyat yoxdur, yəni həmin yerlər boşdur, oralar Füzuli, Ağdam və digər yerlər, habelə bütün digər Azərbaycan kəndləri 30 il ərzində dağıdıldığı kimi yerlə-yeksan edilib. Orada bəzi kəndlərdə isə erməni əhalisi məskunlaşıb. Ona görə də mən çox inanıram ki, həmin gün mütləq gələcək”. 

Dövlət başçısı deyib ki, bugünkü erməni rejiminin sponsorlarının, xüsusən Parisdə və digər Qərb paytaxtlarındakılar Avropa İttifaqına xas olanı - milli azlıqların, onların dilinin, tarixinin, mədəniyyətinin necə qorunmalı olduğunu nümayiş etdirməklərini gözləyirlər: “Bunu sözdə deyil, əməldə nümayiş etdirsinlər”. 

Bu arada, Qərbi Azərbaycandan olan soydaşlarımızın öz vətənlərinə qayıdışı məsələsi yenidən Ermənistanda gündəmə gəlib. Ermənilərin yenidən bu məsələyə qayıtması Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi fikirlər olub. Nikol Paşinyan hökumətinin tənqidçiləri qayıdışa hazırlığın getməsindən şübhələnirlər. Həmin mənbələr məsələnin rəsmi Bakı və İrəvan arasında müzakirə olunduğunu iddia edirlər. 

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov

Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Qərbi Azərbaycan məsələsi ölkəmiz üçün xarici siyasət doktrinasının tərkib hissəsidir: “Ora Azərbaycan türklərinin qayıtması məsələlərinin dəyişən geosiyasi şərtlərə uyğun olaraq bütün mümkün variantları gündəmdədir. Birincisi, ona görə ki, Qərbi Azərbaycan bizim tarixi siyasi coğrafiyamızın ayrılmaz hissəsidir. Orada anadan olan, böyüyən, oranın suyundan içən, oranı abadlaşdıran minlərlə azərbaycanlı hələ sağdır. Həmçinin XX əsr ərzində Qərbi Azərbaycandan didərgin edilənlərin sayı milyonlarladır. Müasir Azərbaycanın demoqrafik resursunun xeyli hissəsini təşkil edir. Prezident İlham Əliyev bir məqamı xüsusilə vurğulayır. O da Qərbi Azərbaycanda bir çox kəndlərin indi də boş olmasıdır. Azərbaycanlılar qurucu xalqdır. Bunun tam əksini biz ermənilərdə görürük. Nəinki işğal etdikləri Qarabağda 30 il ərzində heç nə abad etmədilər, hətta Ermənistan  adlandırılan ərazilərdə belə azərbaycanlıları qovduqları yerləri viran qoydular. Bunun əsas səbəbi odur ki,  ermənilərin bir çoxunda o kəndlərə, torpaqlara daxili sahiblik hissi yoxdur. Bir topluluq ki, sahiblənmə şüuruna, ruhuna malik deyil, oralarda dayana bilməz. Bunu hər kəsdən daha gözəl Prezident İlham Əliyev bilir. Çünki xalqı və dövləti ilə birgə onlarla savaşdı və qalib gəldi. Geosiyasi prosesinin də tam ortasındadır, dünya liderlərilə birlikdə masalarda, danışıqlarda iştirak edərək Azərbaycan dövlətinin xarakterini göstərir. Ona görə də düşünürəm ki, bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin yol xəritəsi hazırdır. Sadəcə olaraq, bu yol xəritəsinin ana təməllərini hələ açıqlamağı doğru hesab etmir. Ancaq Qərbdən gələn təhdidlərə isə konkret faktlarla cavab verir ki, biz yerli ermənilərə vətəndaşlığımızı təklif etdik. Ermənilər isə tarixi xarakterlərinə sadiq qalaraq "əmilərinə" güvəndilər yenə. Əmiləri isə onları tarixən ortada qoyub gedib. Bir iki şəkil çəkdirib poz verən daşnak, hınçakdan başqa ermənilər ancaq bu şovinist və onları dəstəkləyən imperialistlərin dalınca getdikləri üçün acılar yaşayıblar". 

Ekspert hesab edir ki, Azərbaycan Qərbi Azərbaycana çox güman bir neçə mərhələdə qayıdacaq: “Birincisi, Ermənistanı iqtisadi qısqaca alaraq və ondan təzminat tələb edərək. Ermənistandan Qərbi Azərbaycandakı varlığımızın qəbulunu alaraq. İlk öncə mədəni qayıdış olacaq. Daha sonra Ermənistan azərbaycanlıların demoqrafik qayıdışına razı olmalı olacaq. Buna qədər isə Azərbaycan müxtəlif metodlarla faşizm və şovinizm xəstəliyindən Ermənistanı "müalicə edəcək". Qarabağa qayıdış məsələləri ilə bağlı isə onu demək olar ki, ermənilərin bir qismi ancaq  yalnız bizim vətəndaş olaraq qayıtmağı qəbul edərək dönə bilər. Azərbaycan bunu onsuz da təklif edib. Ermənistan əgər müharibə istəsə, bu onun dövlət olaraq yox olmasıdır. Nə üçün? Çünki növbəti qələbədən sonra Azərbaycanın bir şərti olacaq: “Ermənistanın ordusu ola bilməz!”

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR