İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndində erməni təxribatı: toplaşıb Laçına yürüş etmək planlanır

958 13.07.2023 23:33 Son xəbər A A

Qarabağdakı qondarma rejimin təmsilçiləri yenidən aktivləşiblər. Bu gün baş terrorçu Arayik Arutyunyan oyuncaq “təhlükəsizlik şurası”nın toplantısını keçirib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, axşam saatlarında qondarma rejimin oyuncaq “dövlət naziri” Qurgen Nersisyan Qarabağ ermənilərinə müraciət edib. “Artsaxda yaşamaq hüquq deyil, vəzifədir. Hamımız bir nəfər kimi milli hüquqlarımızı qorumaq üçün ümummilli dinc mübarizəyə başlayırıq”-deyən separatçı sabah (14 iyulda-M.) saat 09.00-da hamını Xankəndinin mərkəzi meydanında toplaşmağa çağırıb. Nersisyan “orada növbəti addımlarımızı birlikdə qərarlaşdıracağıq”-deyib. Ümid etdiyini bildirib ki, bu dəfə başlayan “ümumxalq hərəkatı” Ermənistan və diaspordan lazımi cavab alacaq.

“Nə qədər dözməliyik? Bütün bunları sükutla izləmək yolverilməzdir. Ümummilli hərəkata başlamaq lazımdır”-Qarabağ canisi daha sonra bu şəkildə sərsəmləyib.

Sosial mediada yayılan məlumata görə, separatçıların məqsədi Laçın dəhlizinə doğru yürüş etməkdir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR