İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidəki separatçı liderlərin arvad və uşaqlarını həbs edəkmi? - KRİTİK SUAL

1286 03.09.2023 13:29 Siyasət A A

Separatçı liderlər 1-ci dərəcədən yaxınlarını, arvad və uşaqlarını bölgədən çıxarırlar. Buna bariz nümunə kimi Xankəndində özünü donqili "mer" elan edən David Sərkisyanı göstərmək olar.

Məlum olub ki, o, "Qırmızı xaç" vasitəsi ilə həyat yoldaşı Erna Cavadyanı və iki övladını Azərbaycan ərazisindən çıxardıb. Müharibə canisinin ailəsi Laçın SBM-dən keçərək, Ermənistan ərazisinə daxil olublar. Bu barədə İTV -nin efirində məlumat yayılandan sonra, Ernanı ermənilər tanıyıb, ifşa ediblər. Çünki bu qadın mediada dəfərlərlə çıxış edərək, Xankəndində (onlar "Stepanakert" deyir) sonuna qədər qalacağını iddia etmişdi...

Belə bir halda, Azərbaycan xüsusi xidməti və Laçın sərhəd - buraxılış postundakı sərhədçilərimiz nə etməlidirlər? Separatçı cinayətkarların ailə üzvləri, yaxınları aşkar edilərsə, onları saxlamalıyıqmı, yoxsa,heç bir fərq qoymadan, sadə erməni kimi qeydə alıb, buraxmalıyıqmı? Onların arvad - uşağı ərlərinin (atalarının) etdiyi cinayətlərə məsuliyyət daşıyırlarmı? 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a bildirib ki ki, Azərbaycan hüquqi, demokratik ölkədir və hər kəs öz əməlinə görə məsuliyyət daşıyır. Hüquqşünas qeyd edib ki, bir ailə üzvünün cinayətinə görə digər ailə üzvü məsuliyyət daşıya bilməz:

6237350c9a8fd.jpg (46 KB)

"Qanunvericiliyə görə, ailənin bir üzvü digəri əleyhinə ifadə verməyə məcbur edilə bilməz. Mülki erməni əhalisinə sivil, hüquqi münasibət olduğu kimi, Sərkisyanın ailəsi də sərhəd-keçid məntəqəsindən maneəsiz keçməlidir. Biz yalnız barələrində axtarış verilmiş, cinayət əməli törətmiş şəxslərin müəyyən edilib saxlanmasını həyata keçirə bilərik. Bu günlərdə Azərbaycan bayrağını təhqir edən ermənilər saxlandı, Azərbaycan hüquq-mühafizə orqanları humanist davranaraq cinayət işi açmadılar, inzibati qaydada 10 gün həbs cəzası verdilər. Qarabağda olan və cinayət törətməyən hər bir erməniyə sərhəd-keçid məntəqəsindən keçmək üçün qanunamüvafiq şərait yaradılmalıdır. Mənəvi məsuliyyət (azərbaycanlılara qarşı silaha əl atmağa təşfiq və s.) cinayət məsuliyyəti yaratmır". 

Ç.Qənizadə həmçinin, separatçı rejimin öz məqsədləri üçün sadə xalqı aldatdığını qeyd edib: 

"Separatçı rejimin rəhbərliyi sadə erməni azlığını Qarabağda girov kimi saxlayır və çirkin niyyətlərini həyata keçirmək üçün onlardan sipər kimi istifadə edir. Cavadyanın açıqlamaları xalqı sona qədər mübarizə aparmağa, nəyəsə nail olmağa qadir olacaqlarını inandırmaq məqsədi daşıyırdı. Separatçılar ailə üzvlərini, qohumlarını Laçın sərhəd-keçid məntəqəsi vasitəsilə Ermənistana yola salırlar. Xankəndi "mer"nin və ailə üzvlərinin Ermənistana getməsi Xankəndinə böyük ajiotaja səbəb olub. Sadə ermənilər sual verirlər - qəhrəmanlıqdan danışan bu cinayətkarlar öz ailə üzvlərini Xankəndindən çıxarırlarsa, demək bizi burada girov saxlayıblar? 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR