İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidəki rejimdən SON DƏQİQƏ açıqlama, ermənilər isə Bakıya çağırıldı… - CANLI

1922 27.03.2023 14:46 Gündəm A A

Qarabağdakı qondarma “artsax respublikası”nın oyuncaq “müdafiə nazirli” xəbər yayıb. Bildirilir ki, Azərbaycan Ordusunun Xankəndi-Turşsu yolunda guya irəliləyiş cəhdinin qarşısı alınıb. Oyuncaq rejimin yaydığı xəbərdə deyilir ki, hadisə ilə bağlı Rusiya sülhməramlı qoşunlarının komandanlığına məlumat verilib.

Paralel olaraq isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir.

TVMusavat-ın bu gün saat 15:00-da canlı efirində siyasi ekspert Elşad Paşasoyla Qarabağdan gələn son xəbərləri təhlil edirik.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR