İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidəki hadisələrin şok təfərrüatı AÇIQLANDI – sentyabrın 8-də bunlar olacaq – Elçin Alıoğlu ilə CANLIda

1206 05.09.2023 11:33 Siyasət A A

“Biz Azərbaycanla birbaşa danışıqlar yolu ilə vəziyyətdən çıxa bilərik, bunun alternativi yoxdur”. Əgər Qarabağ erməniləri küçələrə çıxmasa, deməli, biz məhvə məhkumuq. Belə bir bəyanatla Xankəndidəki separatçı-terrorçulardan olan Samvel Babayan çıxış edib.

“Bir qrup düşünür ki, İrəvanda hakimiyyət dəyişikliyi naminə mübarizə aparmalı, acından ölməliyik, digəri isə düşünür ki, dialoq üçün oturub kompromislərə getməli və problemləri həll etməliyik. Görək, cəmiyyətimiz nəyi seçir”, – deyə o bildirib. Onun fikrincə, ermənilər meydana çıxıb öz “rəhbər”ini seçməlidir. Babayan xatırladıb ki, Araik Arutyunyan Bako Saakyanın dövründə 11 il “baş nazir” olub: “Bu, bir komandadır. Ermənistan hakimiyyəti bu qüvvələrə dəstəyi dayandırmalıdır. Bunu etməsələr, ciddi problemlərlə üzləşəcəklər”.

Samvel Babayan bəyan edib ki, Xankəndidəki hadisələrin əsas məqsədi Ermənistanda hakimiyyət dəyişikliyidir. “Biz Azərbaycanla birbaşa danışıqlar yolu ilə vəziyyətdən çıxa bilərik, bunun alternativi yoxdur. Azərbaycanla birbaşa dialoq yolu ilə müzakirə etməklə biz Azərbaycan-Ermənistan arasında razılaşma problemini həll etmiş oluruq, Ermənistan-Türkiyə məsələsini həll edirik və regiona tam hüquqi sülh gətirmiş oluruq”, – deyə o, yekunlaşdırıb.
Samvel Babayan sentyabrın 8-i saat 10:00-a mitinq təyin edib.

O bildirib ki, erməni əhalisi küçələrə çıxmasa, həmişəlik məhv olacaqlar. Lakin Babayanın mitinqi Azərbaycana qarşı yox, Ağdam-Xankəndi yolunu bloklayan separatçı rejimin hazırki “rəhbərliyi”nə qarşıdır.

“Qarabağda baş verənlərin əsas məqsədi Ermənistanda hakimiyyəti dəyişməkdir. Onlar bunu gizlətmir və bildirirlər ki, Ermənistanda hakimiyyət dəyişənə qədər insanlar “aclığa” dözməlidir. İnsanlar küçələrə çıxmalı və öz rəhbərlərini seçməlidir. Əks təqdirdə məhv olacağıq”, - o deyib.
Babayan Ağdam-Xankəndi yolunun açılması məqsədilə rəsmi Bakı ilə danışıqlar aparılmasının vacibliyini bir daha vurğulayıb.


Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi ekspert-jurnalist Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR