İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidəki aksiyada Rusiya barmağı: Vardanyan hamını döyüşə çağırdı

2486 14.07.2023 09:55 Gündəm A A

Xankəndidə separatçıların təxribatlara hazırlaşdığı aşkardır. Separatçılar bu gün “xalq hərəkatı” adı altında aksiyaya başladıqlarını bildiriblər.

Qondarma rejimin rəhbərlərinə bu göstərişin Rusiyadan gəldiyi ilə bağlı detallar açıqlanır. Belə ki, Rusiyanın göstərişi ilə Xankəndidə oturan qondarma rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyan da aksiyaya qoşulacağını bildirib.

O, “Facebook” səhifəsində videomüraciət yayaraq, hər kəsi döyüşməyə çağırıb:

"Sabah sözümü deyəcəyəm və bunun imitasiya deyil, əsl döyüş olması üçün hər şeyi edəcəyik. Gələcəyimizin öz əlimizdə olduğunu başa düşmək üçün hər şeyi edəcəyik və bu çətin yolu keçəcəyimizə əminəm. Amma bunun üçün dürüst olmalıyıq”.//publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR