İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə 2 sentyabr HAZIRLIĞI, Araikdən Putinə MÜRACİƏT – Hərbi analitiklə CANLI

834 26.08.2023 10:59 Gündəm A A

Qarabağdakı separatçılar 2 sentyabr tarixində qondarma “artsaxın müstəqillik günü”nə hazırlaşır: analoji hazırlıq Ermənistanda da aparılır, əsas məqsəd “blokadada mübarizə aparan xalq” görüntüsü yaratmaq və “azadlıq uğrunda mübarizəni” nümayiş etdirməkdir.

Separatçı-terrorçu rejimin qondarma “dövlət naziri” Qurgen Nersisyan Azərbaycan nümayəndələri ilə görüş təşkil etmək xahişi ilə Rusiyaya müraciət edib. Bu haqda “İnterfaks” məlumat yayıb.
“Artsaxdakı vəziyyət, təhlükəsizlik problemləri, humanitar böhran ətrafında məsələləri müzakirə etmək üçün Azərbaycanla görüş keçirmək tələb-təklifi ilə Rusiyaya üz tutmaq lazımdır. Azərbaycan ərazisində vətəndaşlarımızın fiziki təhlükəsizliyinə heç kim təminat verə bilmədiyi üçün bu görüş Rusiya sülhməramlı qüvvələrinin yerləşdiyi yerdə (Dağlıq Qarabağda – “İF”) və ya üçüncü bir tərəfin iştirakı ilə hər hansı digər təhlükəsiz yerdə keçirilə bilər”, - Nersisyan video-müraciətində belə deyib.

O, əmin olduğunu bildirib ki, Rusiya belə bir görüşü təşkil etməyə qadirdir və onun nəticələri ictimaiyyətə təqdim olunacaq. “Beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya sülhməramlı qüvvələri təhlükəsizliyi kifayət qədər səviyyədə təmin etmir və normal həyat üçün şərait yarada bilmir”, - deyə Nersisyan bildirib.

Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyanın özü, valideynləri, xanımı və uşaqları prokurorluğa dəvət edilib. Erməni mediası məlumat yayıb. Bildirilib ki, prokurorluqda aparılan araşdırma əmlakla bağlıdır.
Çarukyan isə vəkilinin getdiyini, sənədləri aldığını, ata-anasının isə işlədiyini, “insanlara xeyir verdiyini” bildirərək, özünün də “ciddi işlərlə” məşğul olduğu görüntüsünü yaratmağa çalışıb:
“Ölkə təhlükədədir, müharibə qaçılmazdır, Qarabağda 120 min soydaşımızın qidalanması və sağ qalması problemi var. Bu şəraitdə mən necə bütün bunları arxada qoyub başqa bir şey haqqında düşünə bilərəm?”
Fransa Erməni Təşkilatları İttifaqının (CCAF) xahişi ilə Paris meri Fransanın regional icmalarını Qarabağa “humanitar karvan” təşkil etməyə çağırmaq təşəbbüsü ilə çıxış edib. Fransadakı Erməni Təşkilatları İttifaqının həmsədri Murad Papazyan Feysbuk səhifəsində məlumat verib.

“Layihə İl-de-Frans, Overn-Rona-Alpı, O-de-Frans, Provens-Alpı-Côt-d'Azur və Fransanın çoxsaylı şəhərləri tərəfindən maliyyələşdirilir. Avqustun 30-da günorta saatlarında Laçın yoluna çatacaq bu karvanı Ann İdalqo, Ksavye Bertran, Bruno Retayo, Janna Barseqyan, habelə Patrik Karam və Mişel Rubirola şəxsən müşayiət etmək qərarına gəliblər”, - o bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR