İranın keçmiş ali rəhbəri Əli Xamenei ilə vida mərasimi Tehranda ikinci gündür davam edir.
Mərasimin keçirildiyi Tehrandakı Mosalla məscidinə aparan yollarda gün ərzində, eləcə də gecə saatlarında insan axını səngiməyib. Ölkənin müxtəlif bölgələrindən gələn minlərlə insan Əli Xamenei ilə son dəfə vidalaşmaq və onun xatirəsini yad etmək üçün mərasimə qatılır.
Mərasimin başa çatmasından sonra ayətullahın cənazəsinin İranın əsas dini mərkəzi sayılan Qum şəhərinə aparılacağı bildirilir.
İlk gün vida mərasimində 100-dən çox ölkədən nümayəndə heyətləri iştirak edib.
İlkin plana görə, vida və dəfn mərasimlərinin mart ayının əvvəlində keçirilməsi nəzərdə tutulurdu. Lakin davam edən hərbi əməliyyatlar və təhlükəsizliklə bağlı səbəblərdən matəm tədbirləri Əli Xameneinin həlak olmasından dörd aydan artıq vaxt keçdikdən sonra təşkil olunub.
Məlumata görə, Əli Xamenei ilə yanaşı, ailə üzvləri – böyük qızı, kürəkəni, gəlini və nəvəsi də dəfn edilir. Onların 28 fevral 2026-cı ildə ABŞ və İsrailin Xameneinin iqamətgahına endirdiyi zərbələr nəticəsində həlak olduqları bildirilir.
Şahanə Rəhimli
Musavat.com






