İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artistindən qalmaqallı çıxış: "Bütün "qoca qurdlara" rəğmən..."

1014 02.02.2024 20:38 Şou-biznes A A

"Allah sizi paxıl, gözü doymayan, cavanlara qənim kəsilən "qoca qurdlar"dan qorusun, gənclər".

Bu sözləri Xalq artisti Faiq Ağayev sosial mediada yazıb. 2 Fevral Azərbaycan Gənclər Günü ilə bağlı gəncləri təbrik edən sənətçinin sözləri gündəm yaradıb.

"Uğura doğru gedən yolunuzda süni maneələr olmasın! Arzularınız çin olsun, bayramınız mübarək! 30 il öncə 22 yaşım var idi. Və bütün "qoca qurdlara" rəğmən, hədəfimə çatdım", - Faiq Ağayev qeyd edib.

Qeyd edək ki, 1997-ci ildən etibarən 2 fevral MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb. Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra - 1998-ci ilin 8-12 avqustunda gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan olunub. (Publika.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR