İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artisti söyüş söydüyü üçün xanımından boşanıb

1236 27.07.2022 11:09 Şou-biznes A A

Xalq artisti Tariyel Qasımov boşandığını etiraf edib.

Musavat.com Axşam.az-a istinadla xəbər verir ki, "Onun sirri" proqramında qonaq olan aktyor ailə həyatının 40 il davam etdiyini söyləyib.

O bildirib ki, boşanmasına səbəb xanımının söydüyü söyüş olub:

"Şahmar Ələkbərovun anası mənə elçi getmişdi. 25 yaşında sevdim evləndim. 5-6 ildir boşanmışıq. Həyat yoldaşının ərinə deyə bilməyəcəyi söz deyib. Söyüş söyüb, mən də qəbul etməmişəm. Məhkəməyə dedim ki, möhtərəm hakim, biz müsəlmanlar xanımını ancaq namus üstə boşaya bilərik. Mən isə bu xanımı bir söz üstündə boşayıram. Hakim qadın idi, sual verdi ki, böyük, məşhur sənətkarı necə əldən verdiniz? Dedi ki, biz universitetdə oxuyanda beş qız Tariyel Qasımovu sevirdik. Xanımım mənə məhkəmədə şər atdı. Dedi ki, guya demişəm, Prezident ev verib, gedirəm orada yaşayım. Guya mən başqa qadınla yaşamışam. Yoldaşımı sevib almışdım, ona xəyanət etməzdim. O boyda uşaqlar ola-ola ayrıldıq, ürəyim yandı. Amma o sözü qəbul edə bilmədim".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR