İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artisti ilə estetik cərrah yenidən hakim qarşısında

1247 28.04.2024 20:26 Şou-biznes A A

Xalq artisti Flora Kərimova "İnternational Medical Centre" klinikası və Heydərova Sevinc Abisalam qızını yenidən məhkəməyə verib.

Musavat.com bildirir ki, "Unikal"ın məlumatına görə, məhkəmə prosesi may ayının 17-də Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovanın sədrliyi ilə keçiriləcək. Belə ki, Flora xanımla Sevinc Heydərova arasında məhkəmə çəkişməsi ötən ilin fevral ayında başlayıb. Ancaq 10 ay ərzində hakim məhkəməni yekunlaşdıra bilməyib və Flora xanımın iddiası ilə bağlı iş məhkəmə-tibbi ekspertizasına göndərilmişdi.

Qeyd edək ki, Sevinc Heydərova sosial şəbəkə hesablarında özünü plastik cərrah kimi tanıdıb və 2021-ci ildə Flora xanımın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq xalq artisti bunun əks fəsadlarını görüb, gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib. Flora xanımın mətbuata verdiyi açıqlamalara görə, Sevinc Heydərova həkimliyə başlayanda əvvəl endikrinoloq, nevroloq, lap sonda isə plastik cərrah kimi fəaliyyətini davam etdirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR