İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artisti ermənilərə görə çağırış etdi

1547 30.08.2022 15:24 Şou-biznes A A

Xalq artisti, “Natiq” ritm qrupunun rəhbəri Natiq Şirinov “İnstagram” səhifəsindəki son paylaşımı ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, ifaçı dünyada yaşayan azərbaycanlı zərb musiqi ifaçılarına səslənərək çağırış edib:

“ “Oğrular” dedikdə artıq hansı “millət”dən bəhs olunduğu bilinir. Bərbad vəziyyətdə oğurlanmış kompozisiyanı paylaşıb, qulağınızı zəhərləmək istəmədim. Necə ki, oğrular torpaqlarımızı oğurlayıb bərbad vəziyyətə qoymuşdular. Müzəffər ordumuzun qalib əsgərləri, şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına və Ulu öndərimiz Heydər Əliyevin siyasətini davam etdirən cənab Prezidentimiz İlham Əliyevin siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunub. Çağırışım dünya azərbaycanlılarının zərb aləti ifaçılarınadır: Azərbaycanın milli sərvəti nağaramızı yerə qoyub, yad alətləri ifa edib, sənət qeyrətimizi satmayaq. Siz nə qədər ki, onun-bunun balasını qucağınızda tutub sığal çəkəcəksiniz, başqaları da sizin doğma alətlərinizi mənimsəməyə cəhd edəcək. Gəlin, tarixi minilliklərə təsadüf edən ritmimizin sütunu olan nağara alətimizə sahib çıxaq”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR