İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçmazda "Oba" marketdən seyf oğurlayan şəxslər saxlanılıblar

543 06.12.2022 10:26 Kriminal A A

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Musavat.com-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Namik Şirinov və Əli Əliyev saxlanılıblar.

Araşdırmalar zamanı həmin şəxslər rayon ərazisində olan "Oba" marketdən içərisində 2000 (iki min) manat pul olan seyfi, müxtəlif növ siqaretləri və spirtli içkiləri oğurladıqlarını səmimi etiraf ediblər.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR