İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçaturyanı hansı cəza gözləyir? - Vəkil

503 31.07.2023 18:52 Son xəbər A A

Cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırım) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib.

Musavat.com Axar.a-a istinadən xəbər verir ki, bu barədə vəkil Seymur Nağıyev danışıb.

“Cinayət Məcəlləsinin 103-cü maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə görə 14 ildən 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrumetmə, 107-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə görə isə 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Hazırkı halda cinayətlərin cəmi qaydasında şəxsə ömürlük azadlıqdan məhrumetmə cəzası məhkəmənin hökmü ilə təyin edilə bilər”, - vəkil bildirib.

Qeyd edək ki, 1991-ci ilin 23 dekabrında Xocalının Meşəli kəndində soyqırım törətməkdə şübhəli bilinən, barəsində axtarış elan edilən Vaqif Xaçaturyan 2023-cü il 29 iyulda “Laçın” postundan keçərkən ifşa olunub və saxlanılaraq, Bakıya gətirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR