İnsanlara hürriyət, millətlərə istiqlal!

Windows-un “Ölümün mavi ekranı” hava limanlarını iflic edir

652 19.07.2024 13:19 Dünya A A

Bütün dünyada Windows əməliyyat sistemi quraşdırılmış cihazların işində nasazlıq yaranıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyat sisteminin kütləvi nasazlığı bank, aviaşirkət, media və digər sektorlarda çətinliklərə səbəb olub. Bu, kritik yükləmə xətası səbəbindən baş verib.

Bu səhv həmçinin “Ölümün mavi ekranı” kimi də tanınır.

Amerikanın “The Verge” portalının məlumatına görə, ABŞ-də hava yollarının işində böyük fasilə yaranıb. “United Airlines”, “Delta Airlines” və “American Airlines” kimi böyük aviaşirkətlər rabitə problemləri səbəbindən uçuşları dayandırıb. Bundan əlavə, Berlin hava limanı qeydiyyat zamanı mümkün gecikmələr barədə məlumat verib.

İspaniya hava limanlarında da uçuşların gecikə biləcəyi barədə xəbərdarlıq edilib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR