İnsanlara hürriyət, millətlərə istiqlal!

"WikiLeaks"ə gizli sənədləri ötürən proqramçıya ŞOK CƏZA

554 02.02.2024 13:26 Dünya A A

ABŞ məhkəməsi Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş proqramçısı, "WikiLeaks"in məlumatçısı Coşua Şulteni 40 il müddətinə azadlıqdan məhrum edib.

Musavat.com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

O, casusluq və uşaq pornoqrafiyasına görə mühakimə olunub. Maraqlıdır ki, ittihamlar sırasına məhkəməyə hörmətsizlik də əlavə edilib.

Məlumata görə, C.Şulte "WikiLeaks"in xəbərçisi olub. O, oğurladığı sənədləri təşkilata ötürüb və sonradan "WikiLeaks" onları dərc etməyə başlayıb.

Qeyd edək ki, "WikiLeaks"in qurucusu Culian Assanjı da ABŞ-da ağır cəza gözləyir.

2010-cu ildə Culian Assanc İsveçdə cinsi təcavüz və zorlamada ittiham olunub. Eyni zamanda iş üzrə zərərçəkmişlər özləri təzyiq altında ifadə verməyə məcbur olduqlarını bildiriblər. Assanc hazırda Belmarş həbsxanasındadır. Ona qarşı gizli sənədlərin dərcinə görə 18 cinayət işi qaldırılıb. Onu 175 il həbs cəzası gözləyir. 2021-ci il dekabrın 10-da London məhkəməsi ABŞ-ın şikayətini təmin edib və Culian Assancın ABŞ-a ekstradisiyasına qərar verib. Aprelin 20-də məhkəmə ekstradisiya ilə bağlı müsbət qərar qəbul edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR