İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanda 3 milyardlıq daha bir çip zavodu tikiləcək

359 04.08.2024 22:13 Dünya A A

Hindistanın Tata şirkəti Assam ştatının şərqində böyük yarımkeçirici zavodunun tikintisinə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Hindistanın Elektron və İnformasiya Texnologiyaları Nazirliyinin hökumətin saytında yerləşdirilən məlumatında deyilir.

Layihəyə 270 milyard rupi (3,2 milyard dollar) sərmayə qoyulacaq. Zavodun istehsal gücü gündə 48,3 milyon çipdir.

Hindistan hakimiyyəti özünün yarımkeçirici istehsalı sənayesini yaratmağa ümid edir. Bu məqsədlə hakimiyyət xarici şirkətləri fəal şəkildə cəlb edir, əlverişli şərait yaradır, o cümlədən maliyyə stimulları tətbiq edir. 2023-cü ilin iyununda Qucarat ştatı Micron Technology ilə bölgədə ümumi sərmayənin təxminən 3 milyard dollar təşkil edə biləcəyi bir zavod yaratmaq üçün müqavilə imzalayıb. Keçən ilin sonunda Tayvanın Foxconn şirkəti Hindistanda çip istehsalı qurmaq üçün yerli hökumətə müraciət edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR