İnsanlara hürriyət, millətlərə istiqlal!

Vyetnamda ikigünlük matəm elan olunub

721 22.07.2024 15:14 Dünya A A

Vyetnam Kommunist Partiyasının Baş katibi Nquen Fu Çonqun ölümü ilə əlaqədar ölkədə ikigünlük milli matəm elan olunub.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, vida və anım mərasimi iyulun 25-26-da keçiriləcək.

Vida və anım mərasimi Hanoy şəhərində keçiriləcək.

İkigünlük milli matəm dövründə Vyetnamın dövlət bayraqları yarıya qədər endiriləcək və ölkənin bütün dövlət idarələrində və ictimai yerlərdə əyləncə tədbirləri ləğv olunacaq.

Xatırladaq ki, Nquen Fu Çonq iyulun 19-da 81 yaşında vəfat edib. O, 2016-2021-ci illərdə Vyetnam hökumətinə başçılıq edib, daha sonra isə ölkə Prezidenti seçilib. Nquen Fu Çonq 2011-ci ildən Vyetnamın hakim Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR