İnsanlara hürriyət, millətlərə istiqlal!

Vitse-spiker Adil Əliyev Xutorda növbəti dəfə görüş keçirib FOTO

607 24.02.2024 18:46 Ölkə A A

24 fevral tarixində Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Milli Məclisə deputat seçildiyi Nərimanov rayonu 20 saylı II seçki dairəsinin ərazisində seçicilərlə görüşüb.

Musavat.com xəbər verir ki, səyyar qəbul zamanı rayonun I, II Şimal Şitilliyi və IV Aşırım (keçmiş Xutor qəsəbəsi) ərazisində gənclərlə, seçicilərlə görüşərək söhbət edən sədr müavini vətəndaşları maraqlandıran mövzular ətrafında geniş müzakirələr aparıb.

Vitse-spiker Adil Əliyev çıxışında görüşün əsas məqsədinin də məhz uşaqların tərbiyəsi, gənclərin zərərli vərdişlərdən uzaq durması, təhsilə və idmana həvəsləndirmək kimi mühüm məsələləri əhatə etməsini qeyd edərək, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev fevral ayının 14-də Milli Məclisdə andiçmə zamanı gənclərin vətənpərvər ruhda tərbiyəsi məsələsinin vacibliyini qeyd edərək, dövlət başçısının proqram xarakterli çıxışındakı xüsusatlara toxunub.

Sağlam gəncliyin formalaşdırılması üçün zəruri olan bir sıra məsələlərə diqqət çəkərək, məhz Ümummilli Lider Heydər Əliyevin siyasi kursunda bədən tərbiyəsində kütləviliyin təmin olunması ön planda olmasını, 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə Prezident seçilməsi ilə idmana marağın daha da artdığını qeyd edib. Gəncləri, yeniyetmələri, uşaqları milli-mənəvi dəyərlərimizə uyğun şəkildə tərbiyə etmək dövlətimizin, eləcə də hər birimizin əsas vəzifəsi olmasını bildirən vitse-spiker gələcək nəslin tərbiyəsində, sağlam vətəndaş kimi yetişməsində hər kəsin fəal iştirak etməsinin zəruriliyini diqqətə çatdırıb.

İştirak edən seçicilər səmimi görüşə görə öz minnətdarlıqlarını bildirərək, Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini bildirib, seçkidə qazanılmış yüksək qələbə münasibətilə dövlət başçısını təbrik ediblər.

Görüş zamanı 200-dən çox uşaq, yeniyetmə və gəncə idman geyimləri və başqa ləvazimatlar təqdim edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR