İnsanlara hürriyət, millətlərə istiqlal!

Viktor Orbandan 5: 0 paylaşımı: sirli missiya davam edir - FOTO, VİDEO

1859 12.07.2024 08:00 Siyasət A A

Macarıstanın baş naziri Viktor Orban özünün növbəti kripto (şifrəli, mübhəm) paylaşımını edib.

Musavat.com xəbər verir ki, Vaşinqtonda, NATO zirvəsində iştirak edən Orban burada ABŞ -ın keçmiş prezidenti, noyabrda keçiriləcək seçkilərdə prezidentliyə namizəd Donald Trampa görüşüb. Bu görüşdən çəkilən fotonu isə "Sülh missiyası 5:0" şəklində paylaşıb. Müşayiətçi mətn də çox maraqlıdır:

"Prezident Trampla sülhlə bağlı görüş. Günün yaxşı xəbəri: Həll olunacaq!"

Kiyevdə Zelinski ilə başlayan sülh danlşıqları missiyası çərçivəsində Orban daha sonra Şuşada Əliyevlə bir araya gəlmiş, Moskvada Putinlə müzakirə aparmış, Pekinə yollanaraq, orada Çin lideri ilə danışmış, oradan da Vaşinqtona uçaraq öncə Ərdoğanla, daha sonra Trampla görüşmüşdür.

Bütün bu görüşmələr və missiya Avropa İttifaqının liderlərinin sərt tənqidi ilə müşayiət olunub. Çünki Orban sülh missiyasında onları təmsil etmir, əkinə, Aİ -ni oyundankənar vəziyyətə salır.

Paylaşımında D. Trampa "prezident", deyə xitab etməsi də maraq doğurur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR