İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəzifə verilən Eyvazovun rusiyalı xanımı: “Sevirəm və hədsiz...”

2860 08.04.2023 22:54 Şou-biznes A A

Rusiyanın xalq artisti və opera müğənnisi Anna Netrebko həyat yoldaşı Yusif Eyvazovun Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru təyin edilməsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, xalq artisti həyat yoldaşına sosial şəbəkədə uğurlar arzulayıb.

“Azərbaycan Akademik Opera və Balet Teatrının yeni direktoru! Sən hər işin öhdəsindən gələ bilirsən! Yeni işində uğurlar. Sadiq həmkar və həmfikir. Sevirəm və hədsiz qürur duyuram”, - Netrebko qeyd edib.

Azərbaycanın xalq artisti Yusif Eyvazov Dövlət Akademik Opera və Balet Teatrına dünən direktor təyin olunub. Bununla bağlı mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli müvafiq əmr imzalayıb. Eyvazovdan əvvəl teatrın direktoru 1989-cu ildən bu vəzifədə çalışan Akif Məlikov olub.

Bəs Anna Netrebko kimdir?

1971-ci ildə Rusiyanın Krasnodar şəhərində doğulub. Atası Yuri Netrebko geoloq, anası isə mühəndisdir. Krasnodarda musiqi ilə məşğul olan Anna “Kuban pionerləri” xorunda solist olub. Ali musiqi təhsilini Sankt-Peterburq konservatoriyasında, professor Tamara Nobiçenkonun sinifində alıb.

1993-cü ildə Qlinka adına müsahibənin qlibi olan Anna Marininski teatrına dəvət olunur. Burada dirijor Valeri Georgiyevin rəhbərliyi altında geniş repertuarla çıxışlar edir. 1994-cü ildə Riqa operasına dəvət olunan Anna Netrebko “Sehrli fleyta”da Paminanı ifa edir. 1995-ci ildə San-Fransiskoda “Ruslan və Lüdmila” operası ilə öz debüt çıxışını edir. Ona şöhrət gətirən “Sehrli fleyta”da Pamina, “Sevilya bərbəri”ndə isə Rozini obrazları olub.

Anna Netrebko rus operasının uğurlu ifaçısı kimi də tanınır. “Ruslan və Lüdmila”da Lüdmila, “Hərb və Sülh”də Nataşa, “Monastırda nişan”da Luiza, “Çar gəlini”ndə Prokofyeva və Marfa obrazlarını məharətlə ifa edib. Verdinin “Riqoletto”sunda Cildanı, Puççininin “Bohema”sında Mimini, “Kapuletti və Montekki”də Cüliyettanı canlandırıb.

Motsartın “Don Juan” operasında Donna Anna rolunda məharətlə çıxış edib Anna Netrebko Münhendə tamaşaya qoyulan Verdinin “Traviata”sında Violetta rolunu üzərinə götürüb.

Roma Opera Teatrında Puççininin “Manon Lesko” operasında Yusif Eyvazov kavaler Qri (Des Grieux), Anna isə Manon Lesko obrazlarını ifa edib.

2008-ci ildə Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə “Xalq artisti” adı verilib.

2015-ci ildən Yusif Eyvazovla evlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR