İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətən müharibəsi iştirakçısı dənizdə boğularaq öldü - FOTO

1266 27.06.2023 21:44 Hadisə A A

Lənkəranda bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, axşam saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndində, dənizin nəzarət olunmayan hissəsində bir nəfərin boğulma təhlükəsi ilə üzləşməsi barədə FHN-ə məlumat daxil olub. Daxil olan məlumat əsasında nazirliyin Cənub Regional Mərkəzinin sularda xilasetmə dəstəsi əraziyə cəlb olunub.

Məlum olub ki, boğulma ehtimalı olan gənc Vətən müharibəsi qazisi, Lənkəran rayonunun Cil kənd sakini, 1999-cu il təvəllüdlü Fərid Qulam oğlu Yaqubzadədir.

Görülən tədbirlər nəticəsində F.Yaqubzadə huşsuz vəziyyətdə sudan çıxarılıb.

Təcili Tibbi Yardım briqadası ona ilkin tibbi yardım göstərsə də, F.Yaqubzadənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR