İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəkil: “Vitali Balasanyanın dindirilməsinin...”  

1136 16.10.2023 19:57 Son xəbər A A

Xəbər verildiyi kimi, Qondarma “DQR”in “Təhlükəsizlik Şurası”nın keçmiş “katibi” Vitali Balasanyan oktyabrın 13-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinə dəvət olunub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Balasanyanın vəkili Rafael Martirosyan bununla bağlı bəzi detalları açıb.

“Vitali Balasanyanın dindirilməsinin məzmununa əsasən, başqa şəxslərin, xüsusən də generalların dəvət olunacağını düşünmürəm. İndiki mərhələdə biz narahatlığa əsas görmürük”, - deyə Martirosyan qeyd edib.

Dindirmənin qondarma qurumun “Təhlükəsizlik Şurasının” digər keçmiş “katibi” Samvel Babayanın ifadələri ilə bağlı olub-olmaması ilə bağlı suala vəkil bunu söyləyib: “Xeyr, bunun Samvel Babayanın ifadələri ilə qətiyyən heç bir əlaqəsi yoxdur. Onun bəyanatları keçmiş “prezidentlərə” ünvanlanıb”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR