İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəfalı Conson – Britanıyanın keçmiş baş naziri Kiyevə gəlib

631 24.02.2024 13:48 Dünya A A

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Kiyevə gəlib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə yazı, eləcə də onun Ukrayna prezidenti ilə çəkilmiş şəkili X səhifəsində dərc edilib.

Conson qeyd edib ki, Rusiyanın başladığı müharibənin ikinci ildönümündə Ukraynada olmaq onun üçün böyük şərəfdir.

Böyük Britaniyanın keçmiş baş naziri yazıb: “Onların (ukraynalıların) sarsılmaz cəsarətləri ilə, heç bir şübhəm yoxdur ki, Putinin qüvvələrini məğlub edəcəklər və onları oradan qovacaqlar – bir şərtlə ki, onlara lazım olan hərbi, siyasi və iqtisadi yardımı verək”.

Həmin gün Böyük Britaniya hökuməti 2025-ci ilə qədər çox ehtiyac duyulan sursatların alınması və mərmi istehsalı üçün tədarük zəncirlərinin təşkilindən ötrü Ukraynaya 245 milyon funt sterlinq (təxminən 311 milyon dollar) məbləğində yardım paketi təqdim edəcəyini açıqlayıb.

Bu həftə Rusiyanın Londondakı səfiri Andrey Kelin bildirib ki, ABŞ-ın əmri ilə Rusiya və Ukrayna arasında sülh razılaşmalarının əldə edilməsi səylərinin qarşısı Boris Conson tərəfindən alınıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR