İnsanlara hürriyət, millətlərə istiqlal!

Vatsapdakı problemlə bağlı rəsmi açıqlama - VİDEO

761 18.08.2023 16:10 Son xəbər A A

Azərbaycanda bir neçə vatsap istifadəçisinin hesabı bağlanıb.

Musavat.com xəbər verir ki, vətəndaşlara başqa cihazlarda hesaba daxil olmaq üçün bildirişlər gəlsə də, 6 rəqəmli təsdiqləmə kodu gəlmir.

Buna görə də bəzi hallarda vatsap hesabları bağlanır və ya bloka düşür.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, qeyd olunan məsələ ilə əlaqədar Xidmətdə araşdırmalar aparılır. Araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə bu barədə məlumat təqdim ediləcək.
Həmçinin, vətəndaşlara vatsap mobil tətbiqində mövcud hesabların təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmələri tövsiyə edilir.

Təlimatla aşağıdakı videodan tanış olmaq mümkündür:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR